"Dördgünlük müharibə"dən sonra ilk mühüm görüş
Bu gün Azərbaycan prezidenti İlham Əliyev Ermənistan prezidenti Serj Sarkisyanla görüşəcək.
BAKU.WS-in məlumatına görə, prezidentlərin görüşü Avstriyanın paytaxtı Vyanada keçiriləcək. Bu görüş "Dördgünlük müharibə"dən sonrakı ilk görüş olduğu üçün daha böyük əhəmiyyət kəsb edir.
Danışıqlarda vasitəçi qismində ATƏT-in Minsk qrupunun həmsədr ölkələri - Rusiya, ABŞ və Fransanın xarici siyasət idarələrinin rəhbərləri çıxış edəcəklər.
Xatırladaq ki, Ermənistan və Azərbaycan prezidentlərinin sonuncu görüşü 2015-ci ilin dekabrın 19-da İsveçrə Konfederasiyasının paytaxtı Berndə keçirilib. Görüş nəticəsiz başa çatıb.
BAKU.WS
Oxşar xəbərlər
Sarkisyan Əliyevlə görüş ümidi ilə Vyanaya gedir
Ermənistan prezidenti Serj Sarkisyan Avstriyaya işgüzar səfərə hazırlaşır. ANS PRESS-in erməni mətbuatına istinadla verdiyi məlumata görə, səfər may ayının 16-d...