ATƏT prezidentlərin görüşünü hazırlayır

ATƏT prezidentlərin görüşünü hazırlayır
Siyasət 899
 

ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün təşkili üzərində işləyir.

BAKU.WS-in məlumatına görə, bunu Bakıda jurnalistlərə ATƏT-in Minsk qrupunun fransalı həmsədri Pyer Andryö deyib.

Onun sözlərinə görə, hər iki ölkənin prezidenti ilə görüş olub və hazırda dövlət başçılarının görüşünü təşkil etməyə çalışırlar. O deyib ki, həmsədrlərin regiona səfəri barədə hələlik konkret plan yoxdur.

"Atəşkəs rejimi pozulmamalıdır və danışıqlar prosesinə mümkün qədər daha tez başlamaq lazımdır", - Andryö əlavə edib.

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər