Medvedev: "Rusiya Qarabağ münaqişəsinin həllində kömək etməyə hazırdır"
"Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində kömək etməyə həmişə hazırdır. Ona görə də sizin Azərbaycan prezidenti İlham Əliyevlə görüşünüzü alqışlayırıq”.
ANS PRESS-in məlumatına görə, bu sözləri Rusiyanın baş naziri Dmitri Medvedev Ermənistan prezidenti Serj Sarkisyanla görüşü zamanı deyib.
"Vyana görüşü zamanı Minks qrupunun həmsədrlərinin səyləri nəticəsində dialoqun saxlanılması, 1994-95-ci illərdə əldə olunan atəşkəsə riayət olunması barədə məsələlər müzakirə olunub.
Görüşdə əhəmiyyətli qərarlar qəbul edilib. Region sülh və sabitliyin qorunması üçün biz əlimizdən gələni edəcəyik”, - deyə Medvedev bildirib.
Serj Sarkisyan da Vyana görüşündə mühüm qərarların qəbul olunduğunu deyib. "Ümid edir ki, ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin xarici işlər nazirlərinin qəbul etdikləri qərarlar yerinə yetiriləcək”.
BAKU.WS
Oxşar xəbərlər
"Haber Global" İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğan arasında görüşün təfərrüatını açıqlayıb
"Türkiyə ilə Azərbaycan arasında ticarət, enerji və müdafiə sənayesi sahələrində əməkdaşlığı dərinləşdirməyə, əlaqələrimizi daha yüksək səviyyələrə çatdırmaq əz...