Prezidentlərin görüşü başa çatdı: Qarabağın taleyi həll olundu? - VİDEO/FOTO (YENİLƏNDİ)
Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan Avstriyanın paytaxtı Vyanadakı görüşü başa çatıb.
Görüşün təfərrüatları barədə hələlik heç bir açıqlama verilməyib
***
Vyanada ATƏT-in Minsk Qrupu ölkələrinin xarici işlər nazirləri, Avropa İttifaqının müayəndəsi Federika Moqerinin və ABŞ Dövlət Departamentinin rəhbəri Con Kerrinin iştirakı ilə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü davam edir. ***Vyanada Avropa diplomatiyasının rəhbəri Federika Moqerininin iştirakı ilə Azərbacyan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanın görüşü başlayıb.
BAKU.WS Publika.az-a istinadən xəbər verir ki, Ermənistan - Azərbayan münaqişəsinin nizamlanması üzrə danışıqlar aparılır.
Görüşdən sonra iki ölkənin prezidentlərinin ATƏT-in Minsk Qrupunun həmsədri olan ölkələrin xarici işlər nazirləri ilə danışıqları gözlənilir.
BAKU.WS
Oxşar xəbərlər
Lavrov və Kerri Qarabağ üzrə danışıqlara başladılar
Rusiya xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Con Kerri Vyanada Azərbaycan və Ermənistan prezidentlərinin danışıqlarından əvvəl görüş keçirirlər...