MTRŞ sədri: Azərbaycanda yeni ixtisaslaşmış xəbər kanalı açıla bilər

MTRŞ sədri: Azərbaycanda yeni ixtisaslaşmış xəbər kanalı açıla bilər
Siyasət 837
Son dövrlərdə Azərbaycanda ixtisaslaşmış televiziya kanallarının açılması özünü doğrultdu.BAKU.WS xəbər verir ki, bunu Trend-ə Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib.O qeyd edib ki, xüsusən mədəniyyət kanalının, idman kanalının və xəbər kanallarının açılması teleradio məkanına yeni bir nəfəs gətirdi: “Biz bunu artıq hiss edirik. Ona görə də bu tipli kanalların, xüsusən də xəbər kanallarının açılmasında maraqlıyıq. İndiki dövrdə informasiya cəmiyyətində xəbər kanallarının, müasir maddi-texniki bazaya malik və informasiya texnologiyalarının üstünlüklərindən istifadə edən kanalların açılmasında maraqlıyıq”.Yeni ümumrespublika televiziya kanalının açılması ilə bağlı MTRŞ-ya müraciətlərin olub olmaması haqda suala cavab verən N.Məhərrəmli bildirib ki, Real TV respublika yayımçısı olmaq üçün müraciət edib:“Biz o müraciətə baxacağıq və yaxın vaxtlarda uyğun qərarımızı verəcəyik”.BAKU.WS

Oxşar xəbərlər

Yeni televiziya kanalı sabahdan ümumrespublika yayımına çıxacaq

Yeni televiziya kanalı sabahdan ümumrespublika yayımına çıxacaq

“Azərbaycanda xəbər sahəsi üzrə ixtisaslaşmış yeni televiziya kanalı – ARB 24 noyabrın 27-də səhər saatlarından etibarən ümumrespublika yayımında olacaq”.BAKU.W...

2656 Sosial 21:35 26 noyabr 2018

Son xəbərlər