MTRŞ-dan radiolarla bağlı XƏBƏRDARLIQ

MTRŞ-dan radiolarla bağlı XƏBƏRDARLIQ
Sosial 894
Yaxın vaxtlarda radiolarda Azərbaycan ədəbi dilinin qorunması ilə bağlı monitorinqin keçirilməsi nəzərdə tutulur.BAKU.WS xəbər verir ki, bunu özəl olaraq Trend-ə Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib.İndiyə qədər keçirilən monitorinqin nəticələri haqqında danışan N.Məhərrəmli bildirib ki, proseslər müsbətə doğru irəliləyir: "Özəl radio stansiyalarda isə gənc jurnalistlər arasında həddən artıq sərbəstlik, bəzən peşə etikasından kənara çıxmaq halları da var. Bu hal əsasən canlı bağlantılar zamanı hiss edilir və biraz narahatedici amildir".Şura sədrinin sözlərinə görə, MTRŞ-nın radiolardan gözləntiləri odur ki, təkcə müsiqi ilə öz işlərini bitmiş hesab etməsinlər: "Yəni radio təkcə musiqi kanalı deyil, xəbərlər, maarifləndirici və digər verilişlər də olmalıdır. Biz radiolarla iş apararkən bu məsələni xüsusi qabardırıq ki, onlar maarifləndirici verilişlərə xüsusi diqqət yetirsinlər. Çünki biz onlara ayrıca ixtisaslaşmış musiqi kanalı statusu vermirik".BAKU.WS

Oxşar xəbərlər

MTRŞ sədri bayağı verilişlərdən danışdı

MTRŞ sədri bayağı verilişlərdən danışdı

"Özəl televiziya kanallarında bayağı verilişlər hələ də bizi narahat edən amildir". BAKU.WS trend-ə istinadən xəbər verir ki, bunu Milli Televiziya və Radio Şur...

1263 Şou-biznes 10:33 29 iyun 2018

Son xəbərlər