Moldovalı deputat: Azərbaycanın seçki təcrübəsinin öz ölkəmdə də tətbiqini təklif edəcəyəm

Moldovalı deputat: Azərbaycanın seçki təcrübəsinin öz ölkəmdə də tətbiqini təklif edəcəyəm
Siyasət 8

"Mən burada bütün nüansları müşahidə etməyə çalışdım. Burada müşahidələrimə əsasən demək istəyirəm ki, Azərbaycanın seçki təcrübəsinin öz ölkəmdə də tətbiqini təklif edəcəyəm".

BAKU.WS apa-ya istinadən xəbər verir ki, bunu Moldova Parlamentinin deputatı, Moldova-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Vitali Jakot bu gün keçirdiyi mətbuat konfransında söyləyib.

O əlavə edib ki, Azərbaycanda keçirilən növbədənkənar Parlament Seçkiləri gözləntilərini doğruldub:

"Mən Moldova Parlamenti tərəfindən Azərbaycanda keçirilən növbədənkənar parlament seçkilərini müşahidə etmək üçün göndərilmişəm. Bu, artıq Azərbaycanda ikinci seçki təcrübəmdir. Fevral ayında da mən Azərbaycanda keçirilən Prezident Seçkilərini müşahidə etmişəm. Onu da qeyd edim ki, Moldova bu seçkilərdə iştirak xətrinə iştirak etmir. Çən burada bütün nüansları müşahidə etməyə çalışdım. Azərbaycan Moldova üçün strateji tərəfdaşdır. Ona görə biz buradakı demokratik prosesləri izləyirik. Ona görə ki, Moldova Avropa İttifaqına üzv olmağa namizəddir. Bu nöqteyi-nəzərdən mən tək Bakıda yox, ətraf ərazilərdə də seçki prosesini müşahidə etdim. Biz çox ciddi şəkildə bütün nüanslara - həm seçki məntəqələrinin təchizatına, həm də komissiya üzvlərinin özlərini necə hiss etməsinə diqqət yetirdik. Seçicilər rahat şəkildə kimə səs verəcəklərinə qərar verirdilər. Seçki prosesi çox rahat şəkildə davam etdi. Mən burada seçki məntəqələrinin sədrlərinin və üzvlərinin fəaliyyətini də qeyd etmək istəyirəm. Onlar həm bizim, həm də seçicilərin suallarına rahat şəkildə cavab verirdilər. Bu ünsiyyət çox konstruktiv və məhsuldar oldu. Mən seçki məntəqələrində çox rahat atmosfer müşahidə etdim. Qanunvericiliyə görə, polis məntəqədən müəyyən 100 metr məsafədə dayanmasına baxmayaraq, hər kəs özünü təhlükəsiz hiss edirdi. Mənim seçki prosesi ilə bağlı gözləntilərim vardı və bu seçki gözləntilərimə cavab verdi. Mənim həm seçki məntəqələrinin sədrlərindən, eləcə vətəndaşlardan soruşdum ki, seçki prosesində nəyin dəyişməsini istəyirlər? Onlar prosesin rəqəmsallaşdırılması barədə fikirlər səsləndirdilər. Prosesi müşahidə edən zaman gördüm ki, seçicilər çox məlumatlı idilər. Onlar öz səs verəcəkləri yerə gəldikləri zaman əllərində məlumatlandırıcı vərəqələrlə gəlmişdilər. Bu da mənim diqqətimi cəlb etdi. Mən bu təcrübənin öz ölkəmdə də tətbiqini təklif edəcəm".

Son xəbərlər