Misirdə oğlanlar qızları boykot etdilər: "Evlənmə, qoy evdə qalsın"
11
fev
2019
10:55
Misirli gənclərin sosial şəbəkələrdə "Qoy evdə qalsın" şüarı ilə başladığı boykot kampaniyası qısa müddətdə ölkə gündəminə çevrilib. BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, gənclər bu etirazlarını evlilik, toy xərclərinin artması və qızların maddi istəkləri ilə əlaqələndiriblər.Mövzu ilə bağlı diskussiyalara siyasətçilər, media mənsubları, din xadimləri və sənətçilər də qoşulub.Misirli qızlar oğlanlara cavab olaraq, "Ananın qucağında qal" şüarı ilə kampaniya başladıblar.Xatırladaq ki, belə bir mövzunun gündəmə gəlməsinə ölkədə nəşr edilən "El-Yevm es-sabi" qəzetinin "Qoy evdə qalsın" kampaniyası ilə bağlı sorğusu olub. Sorğunun nəticələrinə görə, iştirakçıların 44 faizi boykotu dəstəkləyərkən, 53 faizi yox deyib. 3 faiz bir qrup isə "fikrim yoxdur" deyə cavab verib.BAKU.WS
Oxşar xəbərlər
22 yaşlı futbolçunun aparıcıya yazdığı tanışlıq ismarıcları internetə sızdı - FOTOLAR
Türkiyənin "Kasımpaşa" futbol klubunun 22 yaşlı misirli legioneri Karim Hafezin aparıcı Ceyda Ersoya yazdığı iddia edilən ismarıclar internetə sızıb. BAKU.WS Tü...