Milli Şuranın 26 yanvar mitinqinə icazə verilmədi
24
yan
2019
18:32
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) müxalifətin mitinqlə bağlı müraciətini cavablandırıb.Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Rövşən Əhmədli "Report"a açıqlamasında deyib ki, BŞİH-də müraciətə baxılıb və müxalifətin yanvarın 26-da, saat 15:00-da Yasamal rayonundakı İdman Sağlamlıq Kompleksinin stadionunda (keçmiş "Məhsul") mitinq keçirməsinə razılıq verilməyib."Bizə təqdim olunan cavab məktubunda bildirilib ki, yanvarın 19-da keçirilən mitinqdən sonra ictimai asayiş pozulub. Qeyd olunub ki, yanvarın 20-də də bir sıra qanun pozuntuları olub. Bu səbəblər əsas gətirilərək mitinqin keçirilməsi məqsədəuyğun hesab edilməyib. Milli Şura şəhər icra hakimiyyətinin məktubunu müzakirə edərək müvafiq qərar verəcək", - R.Əhmədli bildirib.Qeyd edək ki, sonuncu mitinq yanvarın 19-da keçirilib. Bir neçə gün öncə Bakı Şəhər Baş Polis İdarəsinin rəisi, general Mirqafar Seyidov BŞİH-ə müraciət edərək təhlükəsizlik təbdirləri ilə bağlı mitinqin keçirilməsinə razılıq verilməməsi barədə vəsatət verib.BAKU.WS
Oxşar xəbərlər
Sabahki mitinqin təşkilatçılarına xəbərdarlıq edildi
Bakı şəhər Baş Polis İdarəsi (BŞBPİ) sabah Bakıda keçiriləcək mitinqlə bağlı xəbərdarlıq edib.BAKU.WS xəbər verir ki, bu brədə idarənin rəis müavini, polis gene...