Generaldan müxalifətin Bakıda keçiriləcək mitinqi ilə bağlı XƏBƏRDARLIQ
09
mar
2018
10:51
Bakı şəhər Baş Polis İdarəsi (BŞBPİ) Milli Şuranın martın 10-da keçirəcəyi mitinqlə bağlı xəbərdarlıq edib.BAKU.WS xəbər verir ki, İdarənin rəis müavini, polis general-mayoru Səhlab Bağırov APA-ya açıqlamasında bildirib ki, Milli Şuranın Bakı şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqində hər-hansı təxribata imkan verilməyəcək: “Biz mitinqin təşkilatçılarını Bakı şəhər Baş Polis İdarəsinə dəvət etmişik. Onlara xəbərdarlıq ediləcək. Mitinqdə aksiyanın keçirilməsi üçün Bakı şəhər İcra Hakimiyyətinə ünvanlanan müraciətdə qeyd olunan şüarlardan fərqli şüarların səslənməsinə, həmçinin iğtişaşa və qarşıdurmaya səbəb ola biləcək hər hansı addımın atılmasına imkan verilməyəcək. Əks təqdirdə, mitinqin təşkilatçıları və günahkarlar qanun çərçivəsində cəzalandırılacaqlar". Qeyd edək ki, Milli Şura martın 10-da keçmiş “Məhsul” stadionunda mitinq keçirmək üçün Bakı şəhər İcra Hakimiyyətinə (BŞİH) müraciət edib. BŞİH aksiyanın keçirilməsinə razılıq verib.BAKU.WS
Oxşar xəbərlər
Müxalifətin mintiqinə icazə verilib
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın martın 10-da mitinq keçirməsi ilə bağlı müraciətini cavablandırıb.BŞİH-in ictimai-siyasi və humanitar məsələlər...