Mikayıl Cabbarov Dünya İqtisadi Forumunun sessiyasında iştirak edib
Prezident İlham Əliyev Davos İqtisadi Forumunda iştirak edərək, "Liderlər dairəsi: Enerji keçidinin maliyyələşdirilməsi - yeni üfüqlər" sessiyasına qatılıb.
BAKU.WS xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün "X" platformasındakı hesabında paylaşım edib:
"Uğurlu enerji transformasiyasına nail olmaq üçün mövcud imkanlar, əsas problemlər və enerji keçidinin maliyyələşdirilməsi mövzusunda əhatəli müzakirələr apardıq.
Azərbaycanın enerji təhlükəsizliyində və davamlı enerji təminatında etibarlı tərəfdaş kimi təşəbbüsləri, ədalətli yanaşması, yaşıl enerji keçidi strategiyası, eləcə də ölkəmizdə keçirilən COP29 sammitində əldə edilmiş mühüm nəticələr barədə fikir mübadiləsi apardıq."
Prezident İlham Əliyevin (@azpresident) Davos İqtisadi Forumunda (@wef) iştirakı çərçivəsində "Liderlər Dairəsi: Enerji Keçidinin Maliyyələşdirilməsi - Yeni Üfüq" sessiyasında iştirak etdik. Uğurlu #enerji transformasiyası üçün mövcud imkanlar və əsas çağırışlar, enerji keçidinin… pic.twitter.com/prbJswybXA
— Mikayil Jabbarov (@MikayilJabbarov) January 21, 2025
Oxşar xəbərlər
Şimali Kipr Türk Respublikasının baş naziri TDT-nin Bakıda keçiriləcək toplantısına dəvət edilib
Şimali Kipr Türk Respublikasının (ŞKTR) Baş naziri Ünal Üstel Bakıda keçiriləcək Türk Dövlətləri Təşkilatının (TDT) hökumət başçıları və vitse-prezidentlərinin...