Meymunçiçəyi pandemiyaya çevrilə bilər? - ÜST-dən AÇIQLAMA
31
may
2022
09:25
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirir ki, hələlik meymunçiçəyinin Afrikadan kənarda intensiv yayılaraq pandemiyaya çevriləcəyinə görə narahatlığa əsas yoxdur.
BAKU.WS "unikal"a istinadən xəbər verir ki, qurumun meymunçiçəyi üzrə baş eksperti Rozamund Levis deyib: “Hələlik pandemiyaya görə narahat olmağa dəyməz. Bu xəstəliyin qarşısını geniş yayılmadan almaq mümkündür”.
ÜST bildirir ki, mayın 7-də Britaniyada ilk dəfə üzə çıxdıqdan sonra dünya üzrə 400-dək yoluxma faktı qeydə alınıb. Bu rəqəm narahatverici olsa da, narahatlığa əsas yoxdur.
Oxşar xəbərlər
ÜST: "Meymunçiçəyinin geniş yayılma riski azdır"
Meymunçiçəyinin geniş şəkildə yayılması riski azdır. Bu barədə “Report”a Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəsmi nümayəndəsi Tarık Yazareviç məlumat verib. “...