Dünyada neçə nəfər meymunçiçəyinə yoluxub?
Mayın 7-dən Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dünyanın 19 ölkəsində 131 insanda meymun çiçəyi və 106 şübhəli infeksiyanın təsdiqləndiyini bildirdi.
BAKU.WS "oxu.az"a istinadən xəbər verir ki, ÜST bu epidemiyanı qeyri-adi adlandırıb, lakin onun yayılmasının “ləng” olaraq qaldığını qeyd edib.
Bununla belə, təşkilat üzvləri meymunçiçəyi xəstəliyinin yayılmasının qarşısını almaq üçün məsləhətləşmə görüşlərini davam etdirəcəklər.
Aprel və may aylarında bir sıra Qərbi Avropa ölkələrində yayılan meymunçiçəyi virusu digər qitələrdə də aşkarlanıb. Son zamanlar, xüsusilə, Avstraliya, Belçika, Böyük Britaniya, Almaniya, İspaniya, İtaliya, Kanada, Portuqaliya, ABŞ, Fransa, İsveçrə və İsveçdə yoluxma halları qeydə alınıb.
Bu, nadir viral xəstəlikdir, əsasən vəhşi heyvanlardan (gəmiricilər, primatlar) insanlara ötürülür. Xəstəliyin simptomlarına hərarət, baş ağrısı, əzələ və bel ağrıları, limfa düyünlərinin şişməsi, titrəmə və yorğunluq daxildir. Dəri səpgiləri üzdə və bədənin digər hissələrində də görünə bilər. ÜST-ün məlumatına görə, meymunçiçəyi epidemiyaları üçün ölüm nisbəti adətən 1%-10% arasındadır, ölümlərin əksəriyyəti gənc yaş qruplarında baş verir.
Oxşar xəbərlər
"Meymun çiçəyi" daha bir ölkəyə çatdı
İsveçrədə ilk "meymun çiçəyi" xəstəliyi aşkarlanıb. BAKU.WS "oxu.az"a istinadən xəbər verir ki, ölkənin Federal Səhiyyə Departamenti bildirib ki, insanda ilk yo...