Məsud Pezeşkian: "ECO-ya üzv ölkələr azad ticarət zonasının yaradılmasına hədəflənməlidir"

"İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) üzv ölkələr arasında azad ticarət zonasının yaradılması hədəflənməlidir".
BAKU.WS report-a istnadən xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian ECO-nun 17-ci Zirvə görüşündə bildirib.
Onun sözlərinə görə, ECO-ya üzv ölkələr arasında ticarət sazişi nəzərdən keçirilməli və həyata keçirilməlidir:
"ECO-ya üzv ölkələr arasında azad ticarət haqqında danışıqlar mümkün qədər tez başlamalı və ECO-da Azad Ticarət Zonası yaratmaq hədəflənməlidir".
M.Pezeşkian qeyd edib ki, ECO-nun dənizə çıxışı olmayan ölkələrinin açıq dənizlərə və dünya bazarlarına daha ucuz, qısa və asan çıxışı olmalıdır:
"Bu məsələdə İran və digər tranzit ölkələr mühüm rol oynayır. ECO ölkələri üçün liman və giriş-çıxış məntəqələrində yeni üstünlüklər və imtiyazlar nəzərdən keçirilə bilər. Liman və sərhəd məntəqələrində ECO-ya üzv ölkələrin logistika qovşaqları şəbəkəsi ən yüksək beynəlxalq standartlara uyğun olaraq qurulmalı və təchiz edilməlidir".
Oxşar xəbərlər
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
İyulun 4-də Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşü keçirilib. BAKU.WS xəbər verir ki, Azərbaycan Respublikasının Prezident...
