Merkeli müşayiət edəcək deputatın Azərbaycana girişinə qadağa qoyulub
                            
                                21
                                avq
                            
                                2018
                                10:58
                            
                            
                        Almaniya kansleri Angela Merkelin 24 avqustda baş tutacaq Gürcüstan, Ermənistan və Azərbaycan səfərlərində müşayiət edəcək deputatlardan biri Azərbaycan üçün "arzuolunmaz persona" elan olunub.BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, Merkelin “Xristian-Demokrat ittifaqı” partiyasının deputatı Albert Vaylerin Azərbaycana girişinə qadağa qoyulub.Qadağa yüksək səviyyədə qoyulduğundan, Almaniyanın ölkəmizdəki səfiri deputatın qara siyahıdan çıxarılması ilə bağlı Azərbaycan hökumətinəmüraciəti nəticəsiz qalıb.Azərbaycan hakimiyyətinin onu qara siyahıya salmasına səbəb Vaylerin 2014-2016-cı illərdə Azərbaycanın razılığı olmadan işğal olunmuş Qarabağ torpaqlarına səyahət etməsi olub.Zülfiyyə QurbanovaBAKU.WS 
                    
                    
                    
                    
                    
                    
                    Oxşar xəbərlər
Merkel Azərbaycana səfər edəcək
Almaniya federal kansleri Angela Merkel Azərbaycana səfər edəcək.BAKU.WS-in "Sputnik"ə istinadən verdiyi xəbərə görə, A. Merkel Cənubi Qafqaz ölkələrinə səfəri...