Hakerlər Mbappenin sosial şəbəkə hesabını sındırdılar
"Real Madrid"in fransız futbolçusu Killian Mbappenin X sosial şəbəkəsindəki hesabı haker hücumuna məruz qalıb.
BAKU.WS xəbər verir ki, bu barədə “Mirror” qəzeti məlumat yayıb.
Mənbənin sözlərinə görə, hücum edənlər bir neçə mesaj yerləşdiriblər, o cümlədən “Ronaldo bütün zamanların ən böyük futbolçusudur” və “Cırtdan Messi”. Hakerlər həmçinin İngiltərə Premyer Liqası komandalarına qarşı bir neçə təhqiramiz mesajlar da yayıblar. Dərc edilmiş mesajlar tezliklə silinib.
Bu, Mbappenin X səhifəsinin haker hücumuna məruz qaldığı ilk hadisə deyil. 2019-cu ildə hücumçular bu platformada futbolçunun hesabına da daxil ola biliblər. Bundan sonra Mbappenin səhifəsinin adını dəyişərək soyadına öz ləqəblərini əlavə etdilər.
Oxşar xəbərlər
Prezidentin sosial şəbəkə hesablarında Gürcüstana dövlət səfəri ilə bağlı paylaşım olunub
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Gürcüstana dövlət səfəri ilə bağlı paylaşım olunub. BAKU.WS paylaşımı təqdim edir: