Mask: “ABŞ-də 11 sentyabr hadisələri miqyasında terror aktının olması an məsələsidir”

Mask: “ABŞ-də 11 sentyabr hadisələri miqyasında terror aktının olması an məsələsidir”
Siyasət 48

İlon Mask hesab edir ki, ABŞ-da 11 sentyabr miqyasında terror aktı baş verməsi an məsələsidir.

BAKU.WS gazeta.ru-ya istinadən xəbər verir ki, amerikalı sahibkar və iş adamı buna səbəb kimi ölkəyə kütləvi miqrant axınının olmasını göstərib.

O, fikirlərini “X” sosial şəbəkəsində paylaşıb.

Mask, ABŞ-nin cənub sərhədindəki böhranın həll edilmədiyi təqdirdə “11 sentyabr hücumu” səviyyəsində növbəti faciənin mümkün ola biləcəyini söyləyən amerikalı iş adamı və ABŞ-ın Respublikaçılar Partiyasından prezidentliyə keçmiş namizədi Vivek Ramasvaminin postunu şərh edib.

Qeyd edək ki, Mask daha əvvəl bildirib ki, ABŞ miqrant axını ilə üzləşən ABŞ-ın cənub sərhədindəki problemlərdən daha çox Ukrayna münaqişəsi ilə bağlı problemlərə diqqət yetirir.

Son xəbərlər