İlon Maskdan jurnalistlərə çağırış: Xəbərlərinizi... - FOTO

İlon Mask tərəfindən satın alındıqdan sonra "X" adını alan "Twitter", son vaxtlar böyük dəyişikliklərə məruz qalıb.
BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, sosial media platforması indi xəbər məqalələrinin görünmə tərzində böyük dəyişiklik etməyi planlaşdırır.
Mask və komandası "X" (Twitter) üzərindən paylaşılan xəbərlər üçün yeni görünüş üzərində işləyir.
Məşhur milyarder jurnalistlərin də xəbərlərini "X" sosial şəbəkəsində dərc etmələrini istəyib.
Hazırda platformada paylaşılan xəbər bağlantılarına başlıqlar, keçid və əsas foto daxildir. İlon Mask və komandasının üzərində işlədiyi yeni sistem başlıqları ləğv edir. Paylaşılan xəbərlər indi yalnız linklər və fotodan ibarət olacaq.
"X"in yeni xüsusiyyəti ilə hesab adminləri hər paylaşım üçün əl ilə mətn yaratmalı olacaqlar. Çünki xəbərin başlığı və təsviri artıq postda yer almayacaq.
Məsələ ilə bağlı məlumatlı mənbənin sözlərinə görə, dəyişiklik birbaşa sosial şəbəkənin sahibi İlon Mask tərəfindən edilir.

Oxşar xəbərlər
Kahramanmaraşda bir gündə 4 zəlzələ baş verdi - FOTO
Türkiyənin Kahramanmaraş vilayətinin Göksun rayonunda gün ərzində 4.4, 4.1, 3.6 və 3.7 bal gücündə 4 zəlzələ baş verib. BAKU.WS-in məlumatına görə, bu barədə öl...
