"Twitter"dəki bu dəyişiklik hər kəsin ürəyincə olacaq - FOTO

ABŞ-li milyarder İlon Mask tvitteri satın aldıqdan sonra bu platformada bir çox dəyişiklik edib.
BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, o, şirkətin gəlirlərini artırmaq üçün daha bir yeniliyə imza atıb.
Verilən məlumatlara əsasən, artıq tvitterdə ödəmə platforması da fəaliyyətə başlayacaq.
Sosial şəbəkə ona tətbiq edilən qayda ilə heç də "Apple Pay" ve "PayPal" kimi ödəniş platformalarından geri qalmayacaq.
Yeni sistem hələ ki, sadəcə ABŞ-a aid olacaq.
Yeni platformada əməliyyatlar bir müddət kağız pullarla həyata keçiriləcək. Bundan sonra tvitter istifadəçiləri bu sosial şəbəkəni bank kimi də istifadə edib, istədikləri yerdən ödənişlər apara biləcəklər.

Oxşar xəbərlər
İlon Mask Roma Papası ilə görüşüb - FOTO
Dünən amerikalı iş adamı, “SpaceX” və “Tesla” şirkətlərinin qurucusu İlon Mask Papa Fransisk ilə görüşüb. BAKU.WS xəbər verir ki, milyarder bu barədə özünün tvi...
