Ötən həftə 1144,9 ha ərazi minalardan təmizlənib
Azad olunan ərazilərdə sentyabrın 28-dən oktyabrın 4-dək 31 tank əleyhinə mina, 254 piyada əleyhinə mina, 838 digər partlayıcı hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumatında deyilir.
Hesabata əsasən, həmin müddət ərzində 1144,9 ha ərazi minalardan təmizlənib.
Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN), beş yerli təşkilat və bir QHT Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Şuşa, Xocavənd, Laçın, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan ərazilərində, o cümlədən Qazax rayonunun işğaldan azad edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərində həyata keçirib.
Oxşar xəbərlər
Bakıda məktəbin qarşısında 18 yaşlı gənc öldürüldü: Saxlanılan var
Bakıda orta məktəbin qarşısında qətl törətməkdə şübhəli bilinən şəxs müəyyən edilib. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, hadisəni törətməkdə şübhəli bili...