Makrona tabutlarla etiraz etdilər

Makrona tabutlarla etiraz etdilər
Siyasət 79

Fransada Eyfel qülləsi yaxınlığına bayraqlı tabutlar qoyulub.

BAKU.WS xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Bildirilib ki, polis üzərində "Ukraynada öldürülən fransız əsgərləri" yazılmış və Fransa bayrağına bükülmüş beş boş tabut aşkarlayıb.

Məlumata görə, faktla bağlı 3 nəfər saxlanılıb.

Onların bolqar, ukraynalı və almanəsilli şəxslər olduğu qeyd olunub.

Qeyd edək ki, son aylarda Fransanın Ukraynaya ordu göndərəcəyi ilə bağlı xəbərlər yayılır. Fransa Prezidenti Emmanuel Makron bunun baş verə biləcəyini istisna etməyib.

Son xəbərlər