Liviya ordusu Həftarın təyyarəsini vurdu

Liviya ordusu Həftarın təyyarəsini vurdu
Siyasət 229

Liviya ordusu hakimiyyəti ələ keçirməyə çalışan general Xəlifə Həftarın silahlı birləşmələrinə məxsus karqo təyyarəsini vurub.

BAKU.WS “Anadolu” agentliyinə istinadən xəbər verir ki, “Antonov” tipli təyyarə Tərxunə hava limanına eniş etdikdən sonra vurulub.

Məlumata görə, təyyarədə silah və digər hərbi ləvazimatlar olub.

Həftarın sözçüsü Əhməd əl-Mismari ilə təyyarədə tibbi ləvazimatların olduğunu iddia edib.

Son xəbərlər