Liviyada Türkiyənin pilotsuz təyyarəsi vurulub
12
yan
2020
20:36
General Xəlifə Həftərə bağlı "Liviya Milli Ordusu" bu gün Türkiyə istehsalı olan pilotsuz uçuş aparatını vurduqlarını açıqlayıb.
BAKU.WS xəbər verir ki, bu barədə "əl-Ərəbiyə" telekanalı məlumat yayıb.
Məlumata görə, pilotsuz təyyarə "Liviya Milli Ordusu"nun 128-ci Piyada Briqadası tərəfindən yerə salınıb.
Qeyd edək ki, Liviyada döyüşlərin dayandırılması üçün Türkiyə və Rusiya 12 yanvardan etibarən atəşkəs elan edilməsi üçün çağırış etmişdi.
Türkiyə Liviyanı ələ keçirməyə çalışan Xəlifə Həftərə qarşı mübarizə üçün hərbiçilərini Liviya ordusuna dəstəyə göndərib.
Oxşar xəbərlər
Həftər atəşkəs çağırışını qəbul etmədi
Liviyada döyüşlərin dayandırılması üçün Türkiyə və Rusiya 12 yanvardan etibarən atəşkəs elan edilməsi üçün çağırış etmişdi. BAKU.WS NTV Türkiyə-yə istinadən xəb...