İlham Əliyev hər şeyi doğru edir - Jirinovski

İlham Əliyev hər şeyi doğru edir - Jirinovski
Siyasət 1104
 

Çərşənbə axşamı Azərbaycan MSK-sı sentyabrın 26-da Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı olan referendumun yekun nəticələrini elan edib.

Referendumda iştirak edən seçicilərin göstəricisi 69,7 faizə bərabər olub. Konstitusiyaya düzəlişlərinin nəzərdə tutulduğu 29 bəndin hər biri 80 faizdən çox səs alıb, bəzi bəndləri isə seçicilərin 90 faizi dəstəkləyib.

Siyasətçilər, nəzarətçilər referendumun Azərbaycan xalqının hazırki hakimiyyətə və onun tutduğu siyasətə olan etibarını vurğulayır.

Axar.az xəbər verir ki, bu sözlər Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovskinin referendumla bağlı "Moskva – Bakı” nəşrinə açıqlamasında yer alıb.

– Vladimir Volfoviç, Azərbaycan Konstitusiyasına əlavə və dəyişikliklərin edilməsi üzrə keçirilən referendumun yekun nəticələrini necə qiymətləndirirsiniz?

– Referendum – vətəndaşların ifadə azadlığının ali formasıdır. Azərbaycannın Konstitusiyaya dəyişikliklər edilməsi haqqında məsələnin həlli zamanı belə bir demokratik referendum keçirməsi və xalqın rəyi ilə hesablaşması çox müsbət haldır. Konstitusiyaya dəyişikliklər bütün dünyada tətbiq olunur və ölkə qanunvericiliyinin təkmilləşdirilməsi məqsədi daşıyır.

Biz əminik ki, təklif olunan dəyişikliklər Azərbaycanın siyasi həyatını yaxşılaşdıracaq, onu daha etibarlı, daha təhlükəsiz bir ölkəyə çevirəcək.

Prezidentin səlahiyyət müddətinin 5 ildən 7 ilə qədər uzadılması ideyasını olduqca faydalı hesab edirəm. Bu prezidentlik müddəti Avropanın müxtəlif ölkələrində, o cümlədən, Fransada tətbiq olunurdu.

Vitse-prezident vəzifəsinin yaradılması təklifini də yüksək qiymətləndirirəm. Birincisi ona görə ki, vitse-prezident prezidentin yükünün bir hissəsini öz üzərinə götürə bilər. İkincisi, əgər ölkə başçısı hansısa səbəblərdən öz vəzifəsini yerinə yetirə bilməzsə, onu məhz vitse-prezident əvəz edə bilər.

Düşünürəm ki, deputatlığa, habelə prezidentliyə namizədlər üçün də yaş həddinin ləğv edilməsi düzgün qərardır. Çünki günümüzün gəncləri çox inkişaf edib.

Azərbaycan Prezidentinin Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərin edilməsi ilə bağlı təkliflərini düzgün və məqsədəuyğun hesab edirəm.

Mənə bir neçə dəfə İlham Əliyevlə görüşmək qismət olub. O, çox savadlı, gələcək zamanla ayaqlaşan prezidentdir. Əgər referendumda nəzərdə tutulan dəyişikliklər icra edilərsə, Azərbaycan daha stabil bir ölkəyə çevriləcək.

 

– Siz Venesiya komissiyasının Azərbaycanda Konstitusiyaya təklif olunan düzəlişlər barədə irəli sürdüyü neqativ rəy haqda nə deyə bilərsiniz?

– Artıq qeyd etdiyim kimi, Venesiya Komissiyası NATO, AB və nəhayət ABŞ dövlətinin maraqlarına xidmət edir. Dünyada hansısa bir ölkənin güclü hakimiyyətə sahib olması isə sözügedən qurumların və dövlətin marağında deyil. Belə cəhdləri biz Yaxın Şərqdə və Orta Asiyada müşahidə etmişik.

Belə komissiyalarının tövsiyələri Beynəlxalq Valyuta Fondunun və Dünya Bankının tövsiyələri kimi çox nadir hallarda dövlətlərin xeyrinə olur. Buna görə də əminliklə demək olar ki, Azərbaycan xalqı və onun lideri olduqca düzgün addım atır. Belə rəylərə və qərəzli fikirlərə önəm vermək lazım deyil.

BAKU.WS

Oxşar xəbərlər

Referendum baş tutmuş hesab olunur

Referendum baş tutmuş hesab olunur

Azərbaycanda Konstitusiyaya dəyişikliklərlə bağlı keçirilən referendum baş tutmuş hesab edilir. Azərbaycan Seçki Məcəlləsinə əsasən, Azərbaycan Respublikası Ko...

1117 Siyasət 15:26 26 sentyabr 2016

Son xəbərlər