Referendum baş tutmuş hesab olunur
Azərbaycanda Konstitusiyaya dəyişikliklərlə bağlı keçirilən referendum baş tutmuş hesab edilir.
Azərbaycan Seçki Məcəlləsinə əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 3-cü maddəsinin II hissəsində və 153-cü maddəsində göstərilən məsələlər üzrə referendumda vahid seçici siyahısında olan seçicilərin 25 faizdən azı iştirak etdikdə referendum baş tutmamış sayılır.
Saat 12:00-a olan məlumata görə isə, vahid seçici siyahısında olan seçicilərin 30.6 faizi artıq səs verib. Bu isə referendumun baş tutduğunu göstərən amildir.
Qeyd edək ki, Azərbaycanda ölkə Konstitusiyasında dəyişikliklər edilməsi məqsədilə ümumxalq səsverməsi (referendum) keçirilir. Referendum saat 08:00-da başlayıb və səsvermə saat 19:00-da başa çatacaq.
BAKU.WS
Oxşar xəbərlər
Məktəblərdə 4 gün dərs olmayacaq iddiasına rəsmi cavab
Azərbaycan Təhsil Nazirliyi seçki məntəqələrinin əsasən, orta məktəblərdə yaradıldığını nəzərə alaraq, referendum öncəsi və sonrası, yəni sentyabrın 24-də və 27...