İlham Əliyev: "Azərbaycan dünyada təhlükəsiz ölkə kimi tanınır”

İlham Əliyev: Azərbaycan dünyada təhlükəsiz ölkə kimi tanınır”
Siyasət 1341
 

"Bu il turizmin inkişafı bizi sevindirir. Turistlərin sayı 25 faiz artıb. Əlbəttə ki, bunun səbəbləri bəllidir. Azərbaycanı daha çox tanıyırlar. Azərbaycan dünyada təhlükəsiz, sabit ölkə kimi tanınır”.

Bunu Azərbaycan prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda deyib.

"Ölkəmizdə keçirilən beynəlxalq yarışlar, tədbirlər əlbəttə ki, marağı artırır. Xüsusilə o yarışlar arasında mən Formula-1 yarışını qeyd etməliyəm. Bu yarışın auditoriyası dünya miqyasında 500 milyon insandır. Beş yüz milyon insan Bakını, şəhərimizin gözəlliyini görür. Bakıda o yarışlarda iştirak edən idmançılar, nümayəndə heyətinin üzvləri, qonaqlar əlbəttə ki, qayıdandan sonra xoş təəssüratlarını öz dostları ilə bölüşürlər. Ona görə, turist axını daha da böyük olacaq. Biz buna hazır olmalıyıq. Xüsusilə Bakıda və bölgələrdə yeni otellərin tikilməsinə böyük ehtiyac var. Mən sahibkarlara məsləhət görərdim ki, bu sahəyə investisiya qoysunlar. Çünki bu, gəlirli sahədir və yaxşı nəticə verəcək”, - deyə o vurğulayıb.

BAKU.WS

Oxşar xəbərlər

Prezident: “Valyuta ehtiyatlarımız xarici borcdan 4-5 dəfə çoxdur”

Prezident: “Valyuta ehtiyatlarımız xarici borcdan 4-5 dəfə çoxdur”

"Uğurlu iqtisadi islahatları və iqtisadi siyasətimizi davam etdirmək üçün əlbəttə ki, maliyyə və iqtisadi sabitlik olmalıdır. Bu, əldə edilib. İlin əvvəlindən m...

2373 İqtisadiyyat 18:26 12 iyul 2017

Son xəbərlər