İlham Əliyev türk PUA-larından danışdı: "Bizi gücləndirir"

İlham Əliyev türk PUA-larından danışdı: Bizi gücləndirir
Siyasət 3527

"Türkiyənin PUA-ları sayəsində itkilərimiz azaldı".

BAKU.WS xəbər verir ki, bunu TRT Haber-ə müsahibəsində prezident İlham Əliyev deyib. O bildirib ki, bu PUA-lar Türkiyənin potensialını nümayiş etdirir, bizi gücləndirir.

"PUA-lar insan itkimizin qarşısını aldı. Daha çox insan həlak ola bilərdi. Biz çox xoşbəxt ölkəyik ki, Türkiyə kimi bir müttəfiqimiz, qardaşımız var.

Türkiyənin bizə göstərdiyi mənəvi dəstək və müdafiə məhsullarının bizdə olması bizi gücləndirir. Türkiyə NATO-da ikinci ölkədir. Heç kim türk ordusunun qarşısında dayana bilməz. Bunu hər kəs gördü. Bizim də qarşımızda heç kim dayana bilməyəcək".

Son xəbərlər