İlham Əliyev: "İsraildə səfirlik açılması qərarı milli maraqlarımıza əsaslanıb"

İlham Əliyev: İsraildə səfirlik açılması qərarı milli maraqlarımıza əsaslanıb
Siyasət 24

"İsraildə səfirlik və Fələstində nümayəndəlik açılması haqqında qərar bizim milli maraqlarımıza əsaslanıb".

BAKU.WS xəbər verir ki, Prezident İlham Əliyev bunu noyabrın 25-də “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda bəyan edib.

"Əminəm ki, bu qərar sülhün möhkəmlənməsi işinə xidmət edəcək və faktiki olaraq bu dövlətlərlə bizim uzunmüddətli, çox səmərəli əməkdaşlığımızın formallaşması deməkdir", - dövlət başçısı deyib.

Son xəbərlər