Laçın polisi ermənilərin atıb qaçdığı silah-sursatı aşkarladı
Yeniliklərdən dərhal xəbərdar olun
Xocavənd rayonunda erməni hərbi birləşmələrinin ataraq qaçdığı silah-sursat aşkarlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan BAKU.WS-ə daxil olan məlumata görə, Laçın Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş növbəti belə tədbir zamanı Xocavənd rayonunun Üçtəpə adlanan ərazisində erməni hərbi birləşmələrinin ataraq qaçdığı bir ədəd avtomat, bir ədəd karabin, bir ədəd tüfəng, səkkiz ədəd RQD-5 əl qumbarası və alışdırıcıları, 20 ədəd avtomat sandığı, 3 500-ə yaxın avtomat və pulemyot güllələri aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
Oxşar xəbərlər
Füzulidə düşmənin atıb qaçdığı silah-sursatlar aşkarlandı - FOTO/VİDEO
Füzuli rayonunda polis əməkdaşları tərəfindən silah-sursat aşkar edilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan BAKU.WS-ə verilən...