Xocavənddə düşmənin atıb qaçdığı silah-sursat aşkarlandı

Xocavənddə düşmənin atıb qaçdığı silah-sursat aşkarlandı
Siyasət 145

Vətən müharibəsində işğaldan azad edilmiş torpaqlarımızda Ermənistan ordusunun atıb qaçdığı silah-sursatın aşkar edilməsi istiqamətində tədbirlər davam etdirilir.

Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun işğaldan azad edilmiş inzibati ərazisində əvvəllər düşmənin səngər və saxlanc yeri kimi istifadə etdiyi qazmalardan xeyli sayda silah-sursat aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Belə ki, tədbirlər zamanı erməni hərbçilərin atıb qaçdığı 7 ədəd “Kalaşnikov” markalı avtomat, 2 ədəd pulemyot, 2 ədəd snayper tüfəngi, 1 ədəd qumbaraatan, avtomat daraqları və 2527 ədəd müxtəlif çaplı güllələr aşkar edilərək götürülüb.

Oxşar xəbərlər

Polis düşmənin atıb qaçdığı xeyli silah-sursat aşkarladı - FOTO

Polis düşmənin atıb qaçdığı xeyli silah-sursat aşkarladı - FOTO

Polis əməkdaşları tərəfindən düşmənin atıb qaçdığı xeyli silah-sursat aşkar edilərək götürülüb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən BAKU.WS-ə verilən...

192 Siyasət 16:36 12 fevral 2021

Son xəbərlər