Krım körpüsündə partladılan yük maşını Ermənistandan da keçibmiş

Krım körpüsündə partladılan yük maşını Ermənistandan da keçibmiş
Siyasət 141

Bolqarıstan hökuməti xüsusi xidmət orqanlarından şənbə günü Krım körpüsündə partlayan yük maşını ilə bağlı məlumat istəyib.

BAKU.WS TASS-a istinadla xəbər verir ki, bu barədə hökumətin sözçüsü Anton Kutev Bolqarıstan milli televiziyasına açıqlama verib.

Kutev “Hökumət Krım körpüsündə partlayan yük maşını ilə bağlı yoxlamalar aparır və xüsusi xidmət orqanlarından bu barədə məlumat tələb edir”, - deyə bildirib.

Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin bildirib ki, partladılmış yük maşınının marşrutu müəyyən edilib. Yük maşını Bolqarıstandan Gürcüstana, oradan isə Ermənistan, Şimali Osetiya və Krasnodara yola düşüb. Yük maşınının hərəkətinin təşkilində iştirak edən şəxslər də müəyyən edilib.

Qeyd edək ki, şənbə günü Krım körpüsünün üzərində yaxınlıqdakı yük qatarının çənləri də alovlanıb. Hadisə nəticəsində üç nəfər ölüb. Körpünün yarımadaya doğru gedən avtomobil yolu hissəsinin iki aşırımı dağılıb.

Son xəbərlər