Korotçenko: Bugünkü seçkilər Azərbaycanın siyasi sabitliyini təsdiqləyir
Bu gün Azərbaycanın bütün suveren ərazisində keçirilən parlament seçkiləri dağılan dünya nizamı şəraitində ölkənin siyasi sabitliyini təsdiqləyir.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu rusiyalı müşahidəçi, Xəzər Strateji Araşdırmalar İnstitutunun baş direktoru İqor Korotçenko deyib.
"Bu, Azərbaycanın bütün suveren torpaqlarında keçirilən ilk parlament seçkiləridir ki, bu da dağılmaqda olan dünya nizamında ölkədəki siyasi sabitliyi təsdiq edir. Məhz siyasi sistemin sabitliyi Azərbaycanın inamlı inkişafının əsasını təşkil edir", - o bildirib.
İ.Korotçenko qeyd edib ki, seçkilərin nəticələri Qərb dövlətlərinə Azərbaycanın yüksək demokratik standartlarını nümayiş etdirəcək.
"Qərbin, xüsusən də Azərbaycanı çox qızğın şəkildə tənqid edən Fransa kimi ölkələrin Azərbaycanın seçki sistemindən öyrənməli olduğu çox şey var. Fransanın müasir siyasi sistemi totalitardır və neokolonial siyasətə sadiqdir, müasir Azərbaycan isə Qərbə ədalət standartlarını nümayiş etdirir", - o qeyd edib.
Ekspert vurğulayıb ki, Azərbaycan bundan sonra da dost ölkələr, o cümlədən Rusiya Federasiyası ilə birlikdə inamla irəliləyəcək.
Oxşar xəbərlər
Nazirlər Kabineti nümayəndəlik xərcləri barədə qərar verib
Nazirlər Kabineti "Nümayəndəlik xərclərinin, işçilərin mənzil və yemək xərclərinin, eləcə də əmək şəraiti zərərli, ağır olan və yeraltı işlərdə çalışan işçilərə...