Komitə iclaslarına getməyən deputatlar məsuliyyətə cəlb ediləcəklər
30
may
2019
16:07
“Azərbaycan Respublikası Milli Məclisi deputatının status” haqqında qanuna dəyişiklik təklif edilib.BAKU.WS xəbər verir ki, qanunun 16-cı maddəsinə edilən dəyişikliyə əsasən, bundan sonra deputatlar Milli Məclisinin iclaslarında və üzvü olduğu Milli Məclisinin komitə və komissiyalarının iclaslarında iştirak etməlidir.Əgər üzrsüz səbəbdən Milli Məclisinin və onun komitə və komissiyalarının iclaslarını buraxan deputat Milli Məclisinin Daxili Nizamnaməsi ilə müəyyən edilmiş qaydada parlamentdaxili məsuliyyətə cəlb olunacaqlar.Qanun layihəsinə dəyişiklik müzakirələrdən sonra səsverməyə qoyularaq, 1-ci oxunuşda qəbul edilib.
Oxşar xəbərlər
Bu deputatlar məsuliyyətə cəlb ediləcək
Mayın 24-də Milli Məclisin (MM) Regional məsələlər komitəsinin iclası keçirilib.Oxu.Az xəbər verir ki, adıçəkilən komitənin sədri Arif Rəhimzadə gündəliyə “Azər...