Deputat maaşında DƏYİŞİKLİK - Məsələyə yaz sessiyasında baxılacaq

Deputat maaşında DƏYİŞİKLİK - Məsələyə yaz sessiyasında baxılacaq
Sosial 1135
“Azərbaycan Respublikasının Milli Məclisi deputatının statusu haqqında” qanun layihəsi parlamentin yaz sessiyasının iclasına çıxarılacaq.BAKU.WS xəbər verir ki, modern.az-ın əldə etdiyi məlumata görə, deputatlar yaz sessiyasının iclasında qanun layihəsinə dəyişikliyi müzakirə edəcəklər. Sözügedən dəyişikliyin bu qanunun 21-ci maddəsinə (Deputatın maddi təminatı) təklif edildiyi bildirilir. Həmin dəyişiklikdə isə deputatların vəzifə maaşının artırılması öz əksini tapacaq.Qeyd edək ki, bu dəyişikliyin gündəmə gəlməsi Milli Məclisin 2018-ci il üzrə saxlanılma xərclərinin artırılaraq 25 milyon 432 min manata çatdırılması ilə əlaqədardır. Milli Məclisin 2018-ci il üzrə saxlanılma xərclərinə əlavə edilən vəsaitin 68.8 faizinin əmək haqqına sərf olunacağı gözlənilir. Yerdə qalan məbləğin xarici səfərlər, avtoparkın yenilənməsi və digər məsələlərə yönəldiləcəyi bildirilir.Xatırladaq ki, Milli Məclisin payız sessiyasının iclaslarında bir neçə dəfə deputatların maaşını artırmaq təklifi gündəmə gətirilmişdi.BAKU.WS

Oxşar xəbərlər

Deputatların maaşının 800 manat artırılması iddiasına RƏSMİ CAVAB

Deputatların maaşının 800 manat artırılması iddiasına RƏSMİ CAVAB

“Milli Məclisin deputatlarının əmək haqlarında heç bir artım baş verməyib”.BAKU.WS xəbər verir ki, bunu APA-ya açıqlamasında Milli Məclisin İşlər müdiri xidməti...

1214 Sosial 15:14 08 yanvar 2018

Son xəbərlər