Azərbaycanda deputatlara hədiyyə almaq qadağan olunur
"Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında" yeni qanun layihəsinin məzmunu açıqlanıb.
BAKU.WS bildirir ki, APA-nın əldə etdiyi məlumata görə, yeni qanun layihəsi 13 maddədən ibarətdir.
Qanun layihəsində deputat qarşısında mədəni davranış, Milli Məclisin iclaslarında etik davranma, insanların hüquqlarına, işgüzar nüfuzuna hörmət, qərəzsizlik, qanunsuz maddi və qeyri-maddi nemətlərdən, imtiyazlar və güzəştlərdən imtina, hədiyyə alma qadağası şərt kimi qoyulur.
Layihə parlament tərəfindən hazırlanıb, sabah Milli Məclisin İnsan hüquqları komitəsi ilə Hüquq siyasəti və Dövlət quruculuğu Komitəsinin sabah keçiriləcək birgə iclasında müzakirə olunacaq.
BAKU.WS
Oxşar xəbərlər
“Kabel şəbəkəsi yayımı haqqında” qanun dəyişir
Azərbaycanda kabel şəbəkəsi ilə bağlı yeni qanun layihəsi hazırlanıb. BAKU.WS APA-ya istinadən xəbər verir ki, "Kabel şəbəkəsi yayımı haqqında” qanun layihəsi...