İki rayonun polis rəisi dəyişdirilib, biri təqaüdə göndərilib

İki rayonun polis rəisi dəyişdirilib, biri təqaüdə göndərilib
Siyasət 3982
Daxili işlər orqanlarında yeni təyinatlar olub.BAKU.WS ONA-nın məlumatına görə, bununla bağlı daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmrlər imzalayıb. Əmrlərə əsasən, Ağcabədi rayon Polis Şöbəsinin rəisi Məhəmməd İbrahimov tutduğu vəzifədən azad edilərək Şabran rayon Polis Şöbəsinin rəisi, Zəngilan rayon Polis Şöbəsinin rəisi Ənvər Həsənov tutduğu vəzifədən azad edilərək Ağcabədi rayon Polis Şöbəsinin rəisi vəzifələrinə təyin ediliblər.Şabran rayon Polis Şöbəsinin rəisi Əli Mərdanov isə təqaüdə göndərilib. Qeyd edək ki, Ə. Mərdanov sabiq təhsil naziri Misir Mərdanovun qardaşıdır.BAKU.WS

Oxşar xəbərlər

Azərbaycanın 4 rayonuna yeni polis rəisləri təyin edilib - SİYAHI

Azərbaycanın 4 rayonuna yeni polis rəisləri təyin edilib - SİYAHI

Daxili işlər orqanlarında yeni təyinatlar olub.BAKU.WS-in "Report"a istinadla məlumatına görə, bununla bağlı daxili işlər naziri, general-polkovnik Ramil Usubov...

2688 Siyasət 11:05 14 fevral 2019

Son xəbərlər