Kəmaləddin Heydərov Gürcüstan daxili işlər naziri ilə telefonla danışıb
Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus hərbi yük təyyarəsinin Gürcüstan ərazisində qəzaya uğraması ilə əlaqədar Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovkik Kəmaləddin Heydərov Gürcüstan daxili işlər naziri Gela Geladze ilə telefonla danışıb.
BAKU.WS xəbər verir ki, bu barədə FHN Mətbuat xidməti məlumat yayıb.
Telefon danışığı zamanı baş vermiş faciə ilə əlaqədar vəziyyət müzakirə olunub.
Nazir K.Heydərov ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin qüvvələrinin axtarış-xilasetmə əməliyyatına dərhal qoşulmağa və digər müvafiq dəstək tədbirlərini görməyə tam hazır olduğunu diqqətə çatdırıb.
Gürcüstanlı nazir G.Geladze təşəkkür edərək, hər hansı ehtiyac yaranacağı halda sərhəddə hazır vəziyyətdə gözləyən Azərbaycan FHN-in xilasetmə qüvvələrinin əməliyyatlara cəlb edilməsi üçün müraciət olunacağını bildirib.
Qeyd edək ki, iki qurum arasında təmaslar davam edir.
Oxşar xəbərlər
Prezident İlham Əliyevə Kiyev Milli İnşaat və Memarlıq Universitetinin fəxri doktoru adı verilib
Bakıda keçirilən 13-cü Ümumdünya Şəhərsalma Forumunda (WUF13) iştirak etmək üçün ölkəmizdə səfərdə olan Ukraynanın Kiyev Milli İnşaat və Memarlıq Universitetini...