Kəlbəcər işğaldadır, amma icra başçısı yeni lüks "Mercedes"də gəzmək istəyir - FOTO

Kəlbəcər işğaldadır, amma icra başçısı yeni lüks Mercedesdə gəzmək istəyir - FOTO
Foto
Siyasət 2230
Kəlbəcər Rayon İcra Hakimiyyəti qurumun aparatı üçün "Mercedes Benz S350" model minik avtomibilinin alınması üçün tender elan edib.BAKU.WS virtualaz.org-a istinadən xəbər verir ki, lüks "Mercedes"-in alınması üçün tender elanı Nazirlər Kabinetinin orqanı olan "Respublika" qəzetində dərc edilib. İşğal altında olan və əhalisi məcburi köçkün qismində ölkənin müxtəlif rayonlarına səpələnən Kəlbəcərin İcra Hakimiyyətinin lüks avtomobil almaq planı sosial şəbəkələrdə tənqidlərə səbəb olub.Sosial şəbəkələrdə qeyd edilib ki, məcburi köçkünlərin böyük əksəriyyətinin ehtiyac içində olduğu bir vaxtda icra başçısının belə maşın alması və bunu elan olaraq yayması doğru deyil.Qeyd edək ki, sözügedən avtomobilin yeni modelinin satış qiyməti 145 min dollardan (221 min manat) başlayır. Komplektləşdirmədən asılı olaraq avtomobilin qiyməti 200 min dollara qədər qalxa bilər. Bu, Avropa bazarlarında olan qiymətdir. Avtomobil alqı-satqısı üzrə ixtisaslaşmış yerli saytlarda bu modeldən olan ən yeni avtomobil 2018-ci il istehsalıdır, qiyməti 110 min dollara yaxın təklif olunur.

Son xəbərlər