“Qaçqınkom” sədrinin bahalı xidməti avtomobil almasına MÜNASİBƏT
28
yan
2019
19:03
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədrinin bahalı xidməti avtomobil almasına münasibət bildirilib.BAKU.WS-in məlumatına görə, komitədən Oxu.Az-a bildirilib ki, son günlər bəzi elektron kütləvi informasiya vasitələri Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədrinin xidməti avtomobili ilə əlaqədar məlumat yayaraq, ictimaiyyətdə yanlış təsəvvür yaratmağa cəhd göstərirlər. Bununla əlaqədar olaraq bildirilib ki, ötən il dövlət başçısının apardığı struktur islahatları və mərkəzi icra hakimiyyəti orqanlarına rəhbərlərinin təyinatı çərçivəsində baş nazirin müavininin eyni zamanda Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədrinin səlahiyyətlərini yerinə yetirməsinə xitam verilib, Dövlət Komitəsinə yeni sədr təyin edilib. Bu zaman xidməti avtomobilin baş nazirin müavininin istifadəsində qalması və yeni təyin edilmiş sədrin xidməti avtomobillə təmin olunmasına zərurət yaranması nəzərə alınaraq, yeni avtonəqliyyat vasitəsinin alınması üçün Maliyyə Nazirliyi tərəfindən mövcud qaydada dövlət vəsaiti ayrılıb.Xidməti avtomobilin alınması mövcud qanunvericilik əsasında həyata keçirilib.Xidməti avtomobilin markası seçilərkən onun respublikamızın mərkəzi icra hakimiyyəti orqanlarının istifadəsində olan avtonəqliyyat vasitələrinin markasına uyğunluğu əsas götürülüb.BAKU.WS
Oxşar xəbərlər
Qaçqınların və məcburi köçkünlərin problemləri müzakirə edilib
Nazirlər Kabinetində qaçqınların və məcburi köçkünlərin problemlərinin həllinə dair iclas keçirilib.BAKU.WS xəbər verir ki, Baş nazirin müavini Əli Əhmədovun sə...