“Qaçqınkom”da mühüm dəyişiklik: Yeni aparat rəhbəri təyin edildi - FOTO

“Qaçqınkom”da mühüm dəyişiklik: Yeni aparat rəhbəri təyin edildi - FOTO
Siyasət 2354
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Aparat rəhbəri Etibar Abdullayev işdən çıxarılıb.BAKU.WS report-a istinadən xəbər verir ki, bununla bağlı Dövlət Komitəsinin sədri Rövşən Rzayev müvafiq əmr imzalayıb.Digər əmrlə Eldar Zeynalov Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Aparat rəhbəri təyin edilib.E.Abdullayevə isə qurumun Məskunlaşma, miqrasiya, məşğulluq və status şöbəsinin müdir müavini və sektor müdiri vəzifəsi həvalə olunub.Qeyd edək ki, E.Abdullayev bu ilin may ayında Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Aparat rəhbəri təyin edilmişdi.BAKU.WS

Oxşar xəbərlər

"Qaçqınkom"da kadr dəyişiklikləri - SİYAHI

"Qaçqınkom"da kadr dəyişiklikləri - SİYAHI

Azərbaycan Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində növbəti kadr dəyişiklikləri olub.BAKU.WS report-a istinadən xəbər verir ki, Komitən...

1832 Sosial 13:52 22 sentyabr 2018

Son xəbərlər