İŞİD Kabildəki partlayışları öz üzərinə götürdü - YENİLƏNİB

İŞİD Kabildəki partlayışları öz üzərinə götürdü - YENİLƏNİB
Siyasət 824

İŞİD Əfqanıstanın paytaxtı Kabilin beynəlxalq hava limanında törədilmiş partlayışları öz üzərinə götürüb.

BAKU.WS "France-Press" nəşrinə istinadən xəbər verir ki, bu arada Kabildə daha bir böyük partlayışın səsləri eşidilib.

Qeyd edək ki, bu, bu gün hava limanında baş verən 7-ci partlayışdır. BMT baş katibi baş verənlərdən sonra Təhlükəsizlik Şurasının Əfqanıstanla bağlı daimi iclasını çağırıb.

***

23.25

Əfqanıstanın paytaxtı Kabilin beynəlxalq hava limanında baş vermiş 5-ci partlayış nəticəsində ölən ABŞ hərbçilərin sayı artıb.

BAKU.WS "France-Press" nəşrinə istinadən xəbər verir ki, hadisə 12 ABŞ hərbçisinin ölümünə səbəb olub.

Amerikalı general partlayışın İŞİD tərəfindən törədildiyini bildirib. General onu də əlavə edib ki, bütün bunlara baxmayaraq, ABŞ hərbçilərinin evakuasiyası davam edəcək.

Son xəbərlər