İranın Azərbaycandakı yeni səfirinin adı açıqlanıb
İranın Azərbaycandakı yeni səfiri Müctəba Dəmirçili olacaq.
BAKU.WS xəbər verir ki, bu barədə ISNA məlumat yayıb.
Məlumata görə, İranın Azərbaycandakı yeni təyin olunmuş səfiri, daha əvvəl açıqlandığı kimi, Avrasiya üzrə mütəxəssisdir. "Hazırda İran Xarici İşlər Nazirliyinin Avrasiya şöbəsinin baş müdiri Müctəba Dəmirçili İran İslam Respublikasının Bakıdakı yeni səfiri kimi təqdim olunub", – agentlik diqqətə çatdırıb.
Qeyd edək ki, iyunun 2-də Tehran yeni səfirin təyinatının anonsunu versə də, onun adını açıqlamamışdı.
Xatırladaq ki, 2023-cü ilin aprelində İranın Xarici İşlər Nazirliyinin mətbuat xidməti tviterdə (indiki "X") Dəmirçilinin adına onun Azərbaycan səfiri kimi təqdim olunduğu hesab açıldığını bildirərək bunun saxta olduğunu vurğulamışdı.
Oxşar xəbərlər
MDB dövlət başçıları görüşü çərçivəsində İlham Əliyev Vladimir Putin və Sərdar Berdiməhəmmədovla görüşüb
Türkmənistanda MDB dövlət başçılarının görüşü çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin bir sıra ölkələrin rəhbərləri ilə qeyri rəsmi görüşü olub. BAKU....