İran XİN: Azərbaycanla münasibətlər bizim üçün çox vacibdir
07
dek
2025
14:23
İran Azərbaycanla münasibətlərə yüksək qiymət verir.
BAKU.WS "Snn.ir" saytına istinadən xəbər verir ki, bunu İranın Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü İsmail Bəqayi islam respublikasının xarici işlər naziri Abbas Əraqçinin Bakıya səfərindən əvvəl bildirib.
"Abbas Əraqçi bu gün Bakıya səfər edəcək. Sabah o, xarici işlər naziri də daxil olmaqla, Azərbaycan rəsmiləri ilə danışıqlar aparacaq. Azərbaycanla münasibətlər İran üçün çox vacibdir", - o, mətbuat konfransında deyib.
Oxşar xəbərlər
Xankəndi niyə böyük dövlətlərin maraqlarının toqquşduğu məkana çevrildi?
Baku TV-nin "Gör nələri qaytarmışıq" verilişinin yeni buraxılışı tarixi sınaqlardan keçərək bu gün yenidən dirçələn Xankəndiyə həsr olunub. 1988-ci ildə başlaya...