İqtisadi Zonaların İnkişafı Agentliyinin sədr müavini işdən çıxıb
İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədr müavini Elkiyar Ziyadov işdən çıxıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, o, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədrinin müşaviri vəzifəsinə təyinat alıb.
E.Ziyadov əmək fəaliyyətinə 2013-cü ildə Azərbaycan Dövlət Neft Şirkətində (SOCAR) başlayıb, 2018-2021-ci illərdə şirkətin Sərmayələrdə Beynəlxalq Layihələrin Kommersiya Fəaliyyətinə nəzarət şöbəsinin rəisi, 2021-2023-cü illərdə isə "Azərbaycan Dəmir Yolları" QSC-nin Marketinq İdarəsinin Biznesin inkişafı şöbəsinin rəisi işləyib. O, II "Yüksəliş" müsabiqəsinin qalibidir.
Oxşar xəbərlər
Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək
İyunun 28-də Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu ölkəyə 11 vaqon buğda tədar...