“iPhone 14” smartfonunun ilk xüsusiyyəti açıqlanıb
03
fev
2021
19:02
"Apple" şirkəti kəsiksiz ekranlı smartfon üzərində çalışır. Bu barədə "MauriQHD" təxəllüslü blogerin "Twitter" hesabında deyilir.BAKU.WS "ICTnews"a istinadən xəbər verir ki, bloger "iPhone" smartfonunun "Face ID" sensoru üçün kəsiksiz ekrana malik olmayan prototipinin mövcudluğu haqqında məlumatlı olduğunu bildirib. Lakin bütün lazımi sensorları və danışıq dinamikini qurğunun arxa panelinə yerləşdirmək üçün mühəndislər tərəfindən ekranın yuxarı çərçivəsi daha çox genişləndirilib.Blogerin fikrincə, 2021-ci ilə planlaşdırılan "Apple" smartfonlar nəslində qurğuların əvvəlki dizaynı saxlanılacaq. Onun sözlərinə görə, təsvir edilən prototip ABŞ brendinin 2022-ci ildə buraxılacaq ilk smartfon versiyalarından biri hesab edilə bilər. "iPhone 14" adlanacağı gözlənilən qurğuda ekran kəsiyinin olmaması onun əsas xüsusiyyətlərindən biri olacaq.ABŞ şirkəti smartfonlarda ekran kəsiyi kimi elementdən 2017-ci ildən istifadə edir – ilk belə qurğu "iPhone X" olub. Ekranın xüsusi kəsiyində biometrik "Face ID" sensorlu "TrueDepth" kamera sistemi və danışıq dinamiki mövcuddur.Bir müddət əvvəl Çin blogerləri "Apple" şirkətinin "iPhone 13" smartfonunun buraxılışını 2022-ci ilə təxirə salacağını bəyan ediblər. Şirkət müvafiq addan imtina edərək yeni seriyalı smartfonları "iPhone 12s" adlandırmaq qərarına gəlib. Buna səbəb kimi 2021-ci ilin payızına planlaşdırılan qurğuların aktual nəsil smartfonlardan cüzi fərqlənəcəyi göstərilir.
Oxşar xəbərlər
“Apple” vacib funksiyanı “iPhone”a geri qaytarmağa hazırlaşır
"Apple" şirkəti yenidən barmaq izləri datçikinə malik olacaq növbəti nəsil "iPhone" prototipi üzərində işləyir. Bu haqda ABŞ şirkətinin əməkdaşlarına istinadən...