İlham Əliyev Qəbələdə Şimali Kiprin Prezidenti ilə görüşüb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 6-da Qəbələdə Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar ilə görüşüb.
BAKU.WS xəbər verir ki, Ersin Tatar Prezident İlham Əliyevlə ölkədə və beynəlxalq tədbirlər çərçivəsində görüşlərini, həmçinin Şuşada Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə toplantısında iştirakını məmnunluqla xatırladıb, Şimali Kipr Türk Cümhuriyyətinə göstərdiyi dəstəyə görə dövlət başçısına minnətdarlığını bildirib.
Prezident İlham Əliyev ölkəsi tərəfindən Şimali Kipr Türk Cümhuriyyətinə dəstəyin bundan sonra da davam etdiriləcəyini deyib.
Qonaq Ermənistanla Azərbaycan arasında sülh gündəliyinin irəliyə aparılması istiqamətində Vaşinqtonda Amerika Birləşmiş Ştatları Prezidentinin şahidliyi ilə əldə edilmiş nəticələrlə bağlı təbriklərini çatdırıb.
Dövlət başçısı təbriklərə görə minnətdarlığını bildirib.
Söhbət zamanı Şimali Kipr Türk Cümhuriyyətinin Türk Dövlətləri Təşkilatına müşahidəçi qismində qatılmasının önəmi qeyd edilib.
Qəbələdə keçirilən Zirvə Görüşünün TDT çərçivəsində ölkələrarası tərəfdaşlığın daha da genişlənməsində rolu vurğulanıb.
Görüşdə bir sıra sahələrdə əməkdaşlıq məsələlərinə toxunulub.
Qalereya
Oxşar xəbərlər
Azərbaycanla Gürcüstan arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib
Bakıda Azərbaycan və Gürcüstan Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib. BAKU.WS xəbər verir ki, bu barədə Azərbayc...