İlham Əliyev Mövlud Çavuşoğluya başsağlığı verib
18
apr
2025
12:48
Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin millət vəkili Mövlud Çavuşoğluya atasının vəfatı ilə bağlı başsağlığı məktubu göndərib.
BAKU.WS xəbər verir ki, məktubda deyilir:
"Hörmətli cənab Çavuşoğlu.
Ailənizə üz vermiş ağır itki – atanız Osman Çavuşoğlunun vəfatı xəbəri məni olduqca kədərləndirdi.
Bu üzüntülü anlarda dərdinizə şərik çıxır, Sizə və ailənizin bütün üzvlərinə dərin hüznlə başsağlığı verir, səbir diləyirəm.
Allah rəhmət eləsin!".
Oxşar xəbərlər
Özbəkistanla Azərbaycan arasında 5 sahədə əməkdaşlığı əhatə edən sənədlər imzalanıb
Özbəkistanla Azərbaycan arasında uğurla yekunlaşan IV Regionlararası Forum çərçivəsində ölkələr arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişafına yönəlmiş bir...