İlham Əliyev Corcia Melonini təbrik etdi
Azərbaycan Prezidenti İlham Əliyev İtaliyanın Baş naziri Corcia Melonini ən uzun müddətli vəzifədə olması münasibəti ilə təbrik edib.
BAKU.WS xəbər verir ki, bu barədə İlham Əliyevin "X" sosial media hesabında paylaşılıb.
"İtaliya Respublikasının tarixində ən uzun müddət Baş nazir vəzifəsində çalışan şəxs olması münasibətilə İtaliyanın Baş naziri Corcia Meloniyə səmimi təbriklərimi çatdırıram.
Bu tarixi nailiyyət onun güclü liderliyini, siyasi qətiyyətini və İtaliya xalqının ona olan etimadını əks etdirir.
Baş nazir Meloninin Azərbaycan ilə İtaliya arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsində şəxsi rolunu və dəyərli töhfəsini yüksək qiymətləndirirəm.
Əminəm ki, dostluğumuz və qarşılıqlı faydalı əməkdaşlığımız ölkələrimizin və xalqlarımızın rifahı naminə bundan sonra da dərinləşəcək və genişlənəcək", - təbrikdə deyilir.
Heartfelt congratulations to Prime Minister @GiorgiaMeloni on becoming the longest-serving Prime Minister in the history of the Italian Republic.
— Ilham Aliyev (@presidentaz) September 4, 2026
This historic milestone reflects her strong leadership, political determination, and the confidence of the Italian people.
I highly… pic.twitter.com/bn1x5iuB6F
Oxşar xəbərlər
Anar Bayramov Təranə Axundovaya yüksək VƏZİFƏ VERDİ
Salyan Mərkəzi Xəstəxanasına yeni direktor təyinatı olub. BAKU.WS Nocomment.az-a istinadla xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB)...