Culfada baş verən avtomobil qəzasında bir nəfər ölüb, səkkiz nəfər xəsarət alıb
20
okt
2026
21:57
Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda üç avtomobilin iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, qəza rayonun Ərəzin kəndi ərazisində qeydə alınıb.
Hadisə nəticəsində 8 nəfər xəsarət alıb, 2022-ci il təvəllüdlü Quliyev Səid Səlim oğlu isə həyatını itirib.
Xəsarət alan şəxslər Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Bakda 15 yaşlı oğlan ürəyindən bıçaqlandı
Bakıda yeniyetmə oğlan bıçaqlanıb. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, 2011-ci il təvəllüdlü Bakı şəhər sakini Ə.Rəhimli döş qəfəsinin kəsilmiş-deşilmiş...