Hökumətdən icra hakimiyyətləri ilə bağlı gözlənilməz qərar
28
fev
2018
08:28
İcra hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi və müavini də test imtahanından keçməyəcəkAzərbaycanda yerli icra hakimiyyəti başçısının birinci müavini və müavininin dövlət qulluğunun inzibati vəzifəsi üzrə test imtahanından keçməsi barədə tələb ləğv edilib.BAKU.WS-in APA-ya istinadən verdiyi məlumata görə, bu, Nazirlər Kabinetinin “Dövlət qulluğu vəzifələri üzrə test imtahanından keçmək barədə Sertifikatın Forması”nda etdiyi dəyişiklikdə əksini tapıb.Dəyişikliyə əsasən yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi, onun müavini də artıq dövlət qulluğunun inzibati vəzifəsi üzrə test imtahanından keçməyəcək.Qeyd edək ki, Nazirlər Kabineti “Dövlət qulluğu vəzifələri üzrə test imtahanından keçmək barədə Sertifikatın Forması”nı 2017-ci il 10 mart tarixli qərarı ilə təsdiq edib. Qərara əsasən test imtahanından müəyyən edilmiş keçid balını toplayan şəxsə Dövlət İmtahan Mərkəzi tərəfindən inzibati və yardımçı vəzifələrin təsnifat toplusuna uyğun olaraq dövlət qulluğunun inzibati vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən Sertifikat verilir. Həmin qərarda katibə, kargüzar, sürücü və liftçinin dövlət qulluğunun inzibati vəzifəsi üzrə test imtahanından keçməsinə dair tələb əksini tapıb. Ancaq Nazirlər Kabineti 27 noyabr 2017-ci il tarixli qərarı ilə “Dövlət qulluğu vəzifələri üzrə test imtahanından keçmək barədə Sertifikatın Forması”nda dəyişiklik edib və dövlət orqanlarında işə götürülən katibə, kargüzar, sürücü və liftçinin dövlət qulluğunun inzibati vəzifəsi üzrə test imtahanından keçməsinə dair tələbi ləğv edib.BAKU.WS
Oxşar xəbərlər
Vakant vəzifələr üzrə ən çox sənəd verilən dövlət qurumlarının SİYAHISI
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 11 yanvar 2018-ci il tarixində elan edilmiş inzibati icraçı (B növ) vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün müsabiqən...